“Keşlə”də anqolalı hücumçu
17.01.2020 - 14:26
“Keşlə”də anqolalı hücumçu

Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə müqavilə bağlayıb.

Anlaşma mövsümünün sonuna qədərdir. 26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın “Al-Mojzel” komandası olub.

0
Aleksandr Kristovao Keşlə müqavilə