Türkiyədə təlim-məşq toplanışında olan Bakının “Keşlə” klubu bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Rusiyanın “Arsenal” klubu ilə görüşüb.
Tula təmsilçisi ilə qarşılaşma “Keşlə”nin Antalyada ikinci sınağı olub. Bunadək Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri bu dəfə də məğlubiyyətlə üzləşiblər. 1:2 hesabı ilə uduzan bakılıların yeganə qoluna yeni transfer Aleksandr Kristavao imza atıb.
Qeyd edək ki, "Keşlə" Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.
Yoxlama oyunu
22 yanvar
17:45. “Keşlə” – “Arsenal” (Rusiya) - - 1:2
Qol: Aleksandr Kristavao, 70
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA