“Keşlə”dən futbolçulara qadağa: Mətbuatla əlaqəni kəsin
11.03.2020 - 17:12
“Keşlə” klubunda futbolçulara qadağa qoyulub.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin rəhbərliyi oyunçuların mətbuata danışmasına icazə vermir.
Buna səbəb kimi, Premyer Liqanın XXI turunda “Sabah”la keçiriləcək səfər oyununa daha ciddi yanaşma və tam şəkildə köklənmə göstərilir. Qəsəbə təmsilçisi qarşılaşma öncəsi oyunçulara media nümayəndələri ilə əlaqəni kəsməyi tapşırıb. Yalnız oyundan sonra futbolçular mətbuata danışa bilərlər.
Qeyd edək ki, “Sabah” – “Keşlə” qarşılaşması martın 14-də boş tribunalar önündə keçiriləcək.
0
0