“Keşlə”ni Rumıniya klubuna dəyişdi
11.03.2022 - 09:56
Qış fasiləsində “Keşlə”nin yola saldığı yarımmüdafiəçi Con Kamaranın yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Sierra Leone millisinin üzvü karyerasını Rumıniyada davam etdirəcək.
34 yaşlı orta sahə oyunçusu bu ölkənin II liqa təmsilçisi “Politexnika” ilə anlaşıb. “Keşlə”dən ayrıldıqdan bəri klubsuz olan Kamara dünən Yassıya yollanıb. Futbolçu tibbi müayinədən uğurla keçsə, sonradan uzadılma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, Con Kamara mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 4 oyunda (197 dəqiqə) iştirak edib.
0
0