"Keşlə"nin son matçının vaxtı açıqlandı
23.01.2020 - 23:02
"Keşlə"nin son matçının vaxtı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" sabah son yoxlama matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun Antalya hazırlığı çərçivəsində axırıncı görüşünün vaxtı müəyyənləşib.

Tərlan Əhmədov yetirmələrini Slovakiya təmsilçisi "Zemplin" önündə sınayacaq. Bu qarşılaşma Bakı vaxtı ilə 13:00-da start götürəcək. Bununla toplanışı başa vuracaq "Keşlə" yanvarın 25-də Vətənə qayıdacaq.

Qeyd edək ki, "Keşlə" Antalyada keçirdiyi ilk iki yoxlama matçında "Zvikau"ya (Almaniya) 1:4, "Arsenal"a (Rusiya) isə 1:2 hesabı ilə məğlub olub.