“Kim yaxşıdırsa, o da oynayacaq” - Adrian Skarlatake
28.01.2020 - 09:16
“Kim yaxşıdırsa, o da oynayacaq” - Adrian Skarlatake

"Zirə" üçün çox yaxşı toplanış alındı. Türkiyədə gözəl matçlar keçirdik. Orada yaxşı şəraitimiz var idi və məqsədlərimiz üçün hazırlaşdıq". 

Bunu apasport.az saytına "Zirə"nin futbolçusu Adrian Skarlatake deyib.

Qəsəbə təmsilçisinin rumıniyalı müdafiəçisi komandasının hazırlığı barədə danışıb. O bildirib ki, "Zirə" ilk qarşılaşma istisna olmaqla, digərlərində layiqli mübarizə aparıb: "Birinci yoxlama görüşümüz "Ümraniyəspor"a qarşı oldu. Həmin oyunu çıxmaq şərtilə digər yoxlama görüşlərini yaxşı oynadıq. Biz daha da güclü olmağa çalışırıq".

"Zirə" qış transfer pəncərəsi zamanı iki müdafiəçi - Yovan Krneta və Ali Sesaini transfer edib. Skarlatake onun üçün iki yeni müdafiəçinin gəlməsinin problem olmadığını söyləyib: "Bu mənim üçün problem deyil. Əslində bu komanda üçün yaxşıdır. Hazırda hər mövqe üçün iki oyunçumuz var. Futbolçular arasındakı rəqabətdən komanda daha da güclənəcək. Bir futbolçu yaxşı oynamırsa, digəri şans qazanacaq. Noyabr və dekabrdakı matçlarda müdafiədə çox yaxşı çıxış etdik. Kim yaxşıdırsa, o da oynayacaq".

Skarlatake komandasının avrokuboklara yollanmasının real olduğunu söyləyib: "Avrokuboklara yollanmaq istəyirik. Biz çempionatdan da avrokuboklara vəsiqə qazana bilərik. Üstəlik, ölkə kubokunda da yarımfinaldayıq və final oynaya bilərik. Zaman hər şeyi göstərəcək".
 

0
Adrian Skarlatake Zirə toplanış