“Krasnodar” baş məşqçisiz qaldı, Musayev yada düşdü
02.03.2022 - 17:26
“Krasnodar” baş məşqçisiz qaldı, Musayev yada düşdü

Rusiyanın daha bir klubunun legioner baş məşqçisi postunu tərk edib.

Apasport.az saytının məlumatına görə, almaniyalı Daniel Farke “Krasnodar”dan ayrılmağa qərar verib.

Tərəflər arasında qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib. Farke ilə birlikdə köməkçiləri Edmund Rimer, Kris Domoqalla və Kristoder Con da Premyer Liqa klubunu tərk edib. Baş məşqçi vəzifəsini müvəqqəti Aleksey Antonyuk icra etməli olacaq.

Qeyd edək ki, Farkenin təyinatına qədər bu vəzifəyə “Sabah”ın indiki baş məşqçisi Murad Musayev də namizəd olub. Əvvəllər də “Krasnodar”ı çalışdıran mütəxəssisin yenidən bu kluba dəvət olunacağı da istisna deyil. “Sabah”da uğursuzluğa düçar olan və komandanı avrokuboklara daşımaq şansını çətinə salan mütəxəssisin sabiq klubuna dönməsi mümkündür.
 

0