“Latsio” “İnter”in futbolçusuna elçi düşdü
07.04.2022 - 23:29
“Latsio” “İnter”in yarımmüdafiəçisi Matias Vesino ilə maraqlanır.
Apasport.az saytının məlumatına görə, romalılar 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Paytaxt təmsilçisi Uruqvay millisinin üzvünə 3 illik müqavilə təklif edib. Ancaq Vesino hələlik konkret cavabını verməyib. Futbolçunun “İnter”lə sözləşməsi mövsümün sonuna qədər olduğundan, yayda azad agent kimi istənilən kluba keçə bilər.
Qeyd edək ki, Matias Vesino bu mövsüm 22 oyunda 1 qol vurub.
0
0