“Latsio” Sarri ilə bağlı qərarını verdi
05.11.2021 - 12:18
İtaliyanın “Latsio” klubu baş məşqçisi Maurisio Sarri ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi mütəxəssisin işindən məmnun olduğu üçün onu saxlamağa qərar verib.
Artıq 62 yaşlı mütəxəssislə danışıqlara start verilib. Onunla anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Gələn həftə danışıqlara yekunlaşmalıdır. Bundan sonra tərəflər yeni anlaşmanı rəsmiləşdirəcək.
Qeyd edək ki, Sarri bu ilin yayından “Latsio”nu çalışdırır. Onun indiki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
0
0