“Latsio”nun xalı silinə bilər – koronavirusa görə
13.11.2020 - 16:50
“Latsio”nun xalı silinə bilər – koronavirusa görə

“Latsio” klubunun İtaliya A seriyasında 3 xalı silinə bilər.

Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyası paytaxt təmsilçisini koronavirus testinin nəticələrini gizlətməkdə ittiham edib.

UEFA-nın Çiro İmmobile, Lukas Leyva, Tomas Strakoşa kimi futbolçulardan götürdüyü koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq, onların ölkə daxili yarışları üçün testlərinin neqativ nəticələnməsi federasiyanı şübhələndirib. Bu səbəbdən qurum Roma klubunun futbolçularının məsələ ilə bağlı dindirilməsini qərara alıb. Testlərin nəticələrində saxtakarlıq təsdiqlənərsə, komandanın 1-dən 3-ə qədər xalı silinəcək.

Qeyd edək ki, “Latsio” A seriyasında 7 turdan sonra 11 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
 

0