“Təəssüf ki, hesab 0:0 olarkən Emrelinin zərbəsi dirəkdən döndü”.
Apasport.az saytının məlumatına görə, bu fikirlə “Legiya”nın sabiq futbolçusu Dariuş Dzekanovski Varşava təmsilçisinin Avropa Liqasının qrup mərhələsində “Napoli” ilə oyununu dəyərləndirərkən deyib.
59 yaşlı mütəxəssis Polşa təmsilçisinin İtaliyada 0:3 hesablı məğlubiyyətini baş məşqçi Çeslav Mixneviçin yanlış seçimi ilə əlaqələndirib. Onun fikrincə, çalışdırıcının hücumçusuz meydana çıxmaq planı yanlış idi: “Mahir Emreli “Napoli” ilə oyunda start heyətində meydana çıxmalı idi. Bu futbolçu matça ehtiyat oyunçular skamyasından başladı və yalnız sona 20 dəqiqə qalmış mübarizəyə qoşuldu. Varşavalılar klassik hücumçusuz meydana çıxdı ki, bu da komandanın irəlidə heç nə etmək niyyətinin olmadığını, yalnız döyüşdən sağ çıxmaq niyyəti güddüyünü göstərdi. Hətta əks-hücum üçün variant da yox idi. Baş məşqçi yalnız qolsuz heç-heçə barədə düşündü. Komanda özünü qrupun lideri kimi aparmadı, əksinə qorxaq oyun sərgilədi”.
Qeyd edək ki, “Legiya” 3 turdan sonra 6 xalla qrupa liderlik edir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir