“Leypsiq”in gözü “Real”ın müdafiəçisində
09.03.2022 - 20:17
“Leypsiq”in gözü “Real”ın müdafiəçisində

“Real”ın futbolçusu Rafael Marin karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Leypsiq” 19 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

Bundesliqa klubu müqaviləsi 2024-cü ildə başa çatacaq arxa xətt oyunçusunu transfer etməyə planlaşdırır. Almaniyalılar Marinə əsas heyətdə daimi yer vədi ilə razı salmağa çalışır.

Lakin “Real” rəhbərliyi potensialına güvəndiyi oyunçunu birdəfəlik buraxmaq niyyətində deyil. Madridlilər ən yaxşı halda Rafaeli icarəyə verməyə razılaşa bilər.