“Lill”in baş məşqçisi Joselin Qurvenneç hücumçu Burak Yılmazla bağlı maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis gözlənilən performansı sərgiləməsə də, Türkiyə millisinin forvardından razılıq bildirib.
Qurvenneç 37 yaşlı oyunçunun xasiyyətcə sakit olduğunu, lakin əsəbləşdiyi zaman çox aqressivləşdiyini söyləyib: “Burak Yılmaz çox ehtiraslı futbolçudur. Adətən çox sakitdir, lakin bəzən çox əsəbləşə bilər. Bilirəm ki, çox əsəbi olanda onunla danışmamalıyam”.
Qeyd edək ki, Burak Yılmaz bu mövsüm Liqa1-də 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.