“Liverpul” 35 milyonluq hücumçuya elçi düşdü
21.02.2022 - 16:04
“Liverpul” 35 milyonluq hücumçuya elçi düşdü

“Liverpul” heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, mersisaydlılar “Vest Hem”in futbolçusu Carrod Bouenin xidmətində maraqlıdır.

Forvardın indiki klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Onun qiyməti 35 milyon avro ilə dəyərləndirilir.

25 yaşlı oyunçu 2020-ci ilin yanvarından “Vest Hem”in şərəfini qoruyur. O, “Hall”dan 21,3 milyona transfer olunub.

Qeyd edək ki, hücumçu cari mövsümün 36 matçında 12 qol və 11 assistə imza atıb.