"Liverpul" Maneni itirdi
24.01.2020 - 10:19
"Liverpul" Maneni itirdi

İngiltərə Premyer Liqasının XXIV turunda "Vulverhempton" üzərində səfər qələbəsi qazanan "Liverpul" aparıcı futbolçularından olan Sadio Maneni itirib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın ilk hissəsində zədələnərək əvəzlənən seneqallı hücumçu bir neçə oyunu buraxmalı olacaq.

Ulduz futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Ancaq baş məşqçi Yurgen Klopp onun ən azı qarşıdakı 3 matçı buraxacağını açıqlayıb. Bunlardan ikisi Premyer Liqada "Vest Hem" və "Sauthempton"a qarşı olacaq.

Qeyd edək ki, 23 oyunda 67 xal toplayan "Liverpul" hazırda çempionata liderlik edir.