“Liverpul” Minamino ilə bağlı qərarını açıqladı
28.01.2022 - 12:47
“Liverpul” Minamino ilə bağlı qərarını açıqladı

“Liverpul” futbolçusu Takumi Minaminonu heyətində saxlayacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi yarımmüdafiəçini satmaq barədə düşünmür.

Premyer Liqa təmsilçisi artıq “Monako” və “Lids”in təkliflərindən imtina edib. Lakin cəlbedici təklifin mersisaydlıları fikrindən daşındıra biləcəyi də istisna deyil.

Qeyd edək ki, 27 yaşlı yaponiyalı cari mövsümdə Premyer Liqada keçirdiyi 8 matçda 2 qola imza atıb.