“Liverpul” türk hücumçu alır
01.05.2022 - 23:36
“Liverpul” türk hücumçu alır

“Liverpul” komandadan gedəcək Divok Oriqiyə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Enes Ünalın xidmətində maraqlıdır.

“Xetafe”nin türk hücumçusu yayda mürsisaydlılara qoşula bilər. 2014-cü ildən “Liverpul”da çıxış edən Oriqi isə azad agent kimi klubu tərk edəcək.

Qeyd edək ki, Ünal 2015-17-ci illərdə “Mançester Siti”də olsa da, əsas komandada şans qazanmayıb.