"Liverpul" yenə qalib gəldi, "Mançester Yunayted" evdə büdrədi
01.02.2020 - 23:29
"Liverpul" yenə qalib gəldi, "Mançester Yunayted" evdə büdrədi

İngiltərə Premyer Liqasında XXV tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 8 oyun keçirilib.

Lider "Liverpul" "Sauthempton"u 4 cavabsız qolla üstələyərək, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Geridə qalan 25 oyunda 24-cü qələbəsini qazanan "qırmızılar" çempionluğa bir addım da yaxınlaşıblar.

İlk "dördlük"də yer alan və turnir cədvəlində qonşu olan "Lester"lə "Çelsi"nin duelində 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib.

"Çelsi"nin büdrəməsi 4-cü pilləni hədəfləyən "Mançester Yunayted"ə xal fərqini azaltmaq baxımından şans yaradıb. Lakin "qırmızı şeytanlar" "Old Trafford"da "Vulverhempton"un müqavimətini qıra bilməyiblər.

Turun "Bernli" - "Arsenal" və "Tottenhem" - "Mançester Siti" oyunu sabah oynanılacaq.

İngiltərə Premyer Liqası
XXV tur
1 fevral
"Lester" - "Çelsi" - 2:2

Barnes, 54; Kilvell, 64 - Rudiger, 46, 71
"Bornmut" - "Aston Villa" - 2:1
Billinq, 37; Ake, 44 - Samata, 70
"Kristal Pelas" - "Şeffild Yunayted" - 0:1
Quayta, 58 (avtoqol)
"Liverpul" - "Sauthempton" - 4:0
Oksleyd-Çamberlayn, 47; Henderson, 60; Salah, 72, 90
"Nyukasl" - "Norviç" - 0:0
"Uotford" - "Everton" - 2:3

Masina, 10; Pereyra, 42 - Mina, 45+1, 45+4; Uolkott, 90
"Vest Hem" - "Brayton" - 3:3
Diop, 30; Snodqrass, 45, 57 - Oqbonna, 47 (avtoqol); Qross, 75; Merri, 79
"Mançester Yunayted" - "Vulverhempton" - 0:0

1

 Liverpul

25

24

1

0

60-15

73

2

 Mançester S.

24

16

3

5

65-27

51

3

 Lester

25

15

4

6

54-26

49

4

 Çelsi

25

12

5

8

43-34

41

5

 Şeffild Y.

25

9

9

7

26-23

36

6

 Mançester Y.

25

9

8

8

36-29

35

7

 Vulverhempton

25

8

11

6

35-32

35

8

 Tottenhem

24

9

7

8

38-32

34

9

 Everton

25

9

6

10

31-37

33

10

 Nyukasl

25

8

7

10

24-36

31

11

 Sauthempton

25

9

4

12

31-46

31

12

 Arsenal

24

6

12

6

32-34

30

13

 Kristal Pelas

25

7

9

9

22-29

30

14

 Bernli

24

9

3

12

28-38

30

15

 Brayton

25

6

8

11

30-37

26

16

 Bornmut

25

7

5

13

25-38

26

17

 Aston Villa

25

7

4

14

32-47

25

18

 Vest Hem

25

6

6

13

30-43

24

19

 Uotford

25

5

8

12

23-39

23

20

 Norviç

25

4

6

15

24-47

18