"Liverpul"a keçə bilər - Verner istisna etmədi
23.02.2020 - 12:22
"Liverpul"a keçə bilər - Verner istisna etmədi

"Leypsiq"in hücumçusu Timo Verner mövsümün sonunda "Liverpul"a keçə bilər.

Apasport.az saytının məlumatına görə, bunu 24 yaşlı forvard özü deyib.

Almaniya millisinin üzvü hər şeyə mövsümün sonunda aydınlıq gələcəyini söyləyib: "Yurgen Klopp ən yaxşı məşqçilərdən biridir və həm də almandır. Çoxları oyun tərzimə görə "Liverpul"a yaxşı uyğunlaşacağımı söyləyir. Ancaq indi bu barədə düşünmürəm, çünki "Leypsiq"lə ortaq hədəflərə köklənmişik. Bununla belə, heç nəyi istisna etmirəm. Yayda Avropa çempionatı bizi gözləyir, mən də diqqətimi bu turnirə yönəltmək istəyirəm. Mövsümün sonunda qalan hər şey barədə düşünəcəyəm".

Qeyd edək ki, 2016-cı ildən "Leypsiq"in formasını geyinən Timo Vernerin Bundesliqa klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.