“Liverpul”da rekord müqavilə hazırlığı
02.05.2022 - 14:49
“Liverpul”da rekord müqavilə hazırlığı

“Liverpul” hazırkı titul sponsoru ilə rekord məbləğ qarşılığında müqavilə imzalamağı müzakirə edir.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” ildə 95 milyon avro qazana bilər.

Premyer Liqa klubunun Britaniya bankı “Standard Chartered”lə hazırkı sponsorluq sözləşməsi 2022/23 mövsümünün sonunda başa çatır. Yeni razılıq əldə olunarsa, hər iki tərəf əməkdaşlığın davamında maraqlıdır. Ancaq bunun üçün şirkət son illər həm kommersiya, həm də idman brendi kimi sürətlə böyüyən kluba ödənişi 45 milyon avro artırmalı olacaq.

“Liverpul” sahibləri “Fenway Sports Group” növbəti forma sponsorluğu müqaviləsinin dünya rekordu qıracağına inanır. Çünki analitiklər klubun dünyada ən çox satılan formalara sahib olduğunu vurğulayıb.