“Liverpul”dan 58 milyon avroluq təklif
27.02.2020 - 00:00
Almaniya millisinin və “Leypsiq” klubunun futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Liverpul” ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Premyer Liqa təmsilçisi Vernere 5 illik müqavilə təklif edib. Futbolçunun keçidi baş tutsa, 2025-ci ilədək bu komandada oynayacaq Timo ildə 8 milyon avro qazanacaq.
23 yaşlı almaniyalının qazancı bonuslar hesabına daha da arta bilər. “Liverpul”un “Leypsiq”ə təklif etdiyi məbləğ də bəlli olub. Mersisaydlılar 58 milyon avro ödəməyə hazırdır.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0