“Liverpul”dan hücumçu transferi
08.04.2022 - 11:14
“Liverpul”dan hücumçu transferi

“Liverpul” mövsüm başa çatmamış transfer həyata keçirib.

Apasport.az saytının məlumatına görə, “Fulhem”in hücumçusu Fabio Karvalyo “qırmızılar”la anlaşıb.

Portuqaliyalı futbolçu yeni komandasında artıq tibbi müayinədən keçib. 20 yaşlı forvard “Liverpul”la 5 illik müqavilə imzalayacaq. Bu keçid “Fulhem”ə 5 milyon avro qazandıracaq. Bu məbləğ müəyyən müddət sonra daha 2,7 milyon arta bilər. “Liverpul” bu transferi mövsümün sonunda açıqlayacaq.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Fabio Karvalyo 2015-ci ildən “Fulhem”dədir.