“Liverpul”la “Tottenhem”in mübarizəsi
14.03.2022 - 16:04

“Torino”nun müdafiəçisi Bremer İngiltərəyə köçə bilər.
Apasport.az saytının məlumatına görə, “Liverpul” və “Tottenhem” 24 yaşlı braziliyalının xidmətində maraqlıdır.
Adıçəkilən klubların skautları A seriyasının XXIX turunda “İnter”lə matçda (1:1) Bremerin oyununu tribunadan izləyib. Qarşılaşma futbolçu üçün uğurlu alınıb. Çünki o, komandasının yeganə qolunun müəllifi olub.
Qeyd edək ki, Bremerin “Torino” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0