“Liverpul”la bir mövsümdə 15 qola çatanlar – “10-luq”
01.05.2022 - 14:38
“Liverpul”la bir mövsümdə 15 qola çatanlar – “10-luq”

“Liverpul”un heyətində İngiltərə Premyer Liqasının bir mövsümündə 15 və daha çox qol vuran futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son olaraq Dioqo Jota bu mövsüm vurduğu qolların sayını 15-ə çatdıraraq cədvəldə özünə yer tapan 10-cu oyunçu olub.

Ümumiyyətlə, Premyer Liqa tarixində 15 qol həddinə ən çox çatan “Liverpul”lu Maykl Ouen olub. Sabiq forvard 6 dəfə “qırmızılar”ın heyətində mövsümü 15-dən çox qolla tamamlayıb. Onun ən yaxın izləyicisi olan Məhəmməd Salahda bu say 5-dir. Hazırda “mersisaydlılar”ın uğurları üçün çalışan digər hücumçu Sadio Mane də iki dəfə bunu bacarıb.

Maykl Ouen – 6 dəfə
1997-98 mövsümü: 18 qol
1998-99: 18 
2000-2001: 16
2001-02: 19
2002-03: 19
2003-04: 16

Məhəmməd Salah - 5
2017-18: 32
2018-19: 22
2019-20: 19
2020-21: 22
2021-22: 22

Robbi Fouler - 3
1994-95: 25
1995-96: 28
1996-97: 18

Fernando Torres - 2
2007-08: 24
2009-10: 18

Luis Suares - 2
2012-13: 23
2013-14: 31

Sadio Mane - 2
2018-19: 22
2019-20: 18

Stiven Cerrard - 1
2008-09: 16

Daniel Starric - 1
2013-14: 21

Roberto Firmino - 1
2017-18: 15

Dioqo Jota - 1
2021-22: 15