“Liverpul”la oyunu buraxacaq - İbrahimoviç
14.09.2021 - 16:06
“Milan” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, komandanın qol “silahı” Zlatan İbrahimoviç yenidən zədələnib.
A seriyasının III turunda “Latsio” ilə qarşılaşmanın (2:0) 60-cı dəqiqəsində meydana daxil olan və ikinci qola imza atan isveçli forvardın tibbi müayinədən sonra durumunun ciddi olduğu aşkarlanıb. Bu üzdən 40 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsinin I turunda sabah “Liverpul”la keçiriləcək səfər oyununu buraxacaq.
Qeyd edək ki, B qrupunda yer alan “Liverpul”la “Milan” arasında görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
0
0