“Liverpul”un seriyaları qırıldı
09.03.2022 - 09:34
“Liverpul”un seriyaları qırıldı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Liverpul” “İnter”lə qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, öz meydanında 0:1 hesabı ilə uduzan İngiltərə klubu ilk matçdakı iki cavabsız qolla qalib gəldiyi üçün 1/4 finala yüksəlib.

Bu qarşılaşma bir neçə maraqlı məqamla əlamətdar olub. “Liverpul” Yurgen Kloppun rəhbərliyi altında 4-cü dəfə 1/4 finala yüksəlib. Almaniyalı 2017/18, 2018/19 və 2020/21 mövsümlərində də buna nail olub. 2015-ci ildən mersisaydlılara rəhbərlik edən Klopp bu göstəricidə klub tarixində ikinci baş məşqçidir.

“Liverpul” son bir ildə ilk dəfə öz meydanında uduzub. “Enfild”dəki məğlubiyyətsizlik 28 oyunda dayanıb. Bu müddətdə komanda 21 qələbə və 7 heç-heçə edib. Liverpullular sonuncu dəfə 2021-ci il martın 7-də “Fulhem”lə Premyer Liqa matçında uduzub – 0:1.

“İnter” son 10 ildə ilk dəfə Çempionlar Liqasının pley-offunda qol vurub. Bu qola Lautaro Martines sindromu qırıb. İtaliyalılar sonuncu dəfə pley-offda 2012-ci ildə fərqlənən italiyalılar “Marsel”ə 2:1 hesabı ilə qalib gəlib.

“Liverpul”un məğlubiyyətsizlik seriyası qırılıb. İngiltərə klubu 15 matçdan sonra uduzub. Sonuncu məğlubiyyət 2021-ci il dekabrın 28-də “Lester”lə matça təsadüf edib – 0:1. Bu müddətdə 13 qələbə və 2 heç-heçə qeydə alınıb.
 

0