“Liverpul”un hücumçuları finalı buraxa bilər - SƏBƏB
22.02.2022 - 17:54
“Liverpul”un hücumçuları finalı buraxa bilər - SƏBƏB

“Liverpul”un hücumçuları Roberto Firmino və Dioqo Jota daha bir oyunu buraxacaq.

Apasport.az xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp adıçəkilən oyunçuların növbəti matçda da iştirak etməyəcəyini açıqlayıb.

Braziliyalı və portuqaliyalı ön xətt oyunçusu XIX turdan təxirə salınmış “Lids”lə sabahkı Premyer Liqa görüşündə məşqçilər korpusunun sərəncamında olmayacaq. Onların həmçinin İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə qarşılaşmada iştirakı da sual altındadır.

Qeyd edək ki, “Çelsi” – “Liverpul” oyunu fevralın 27-də “Uembli”də keçiriləcək.