"Liverpul"un qapıçısı sağaldı
19.04.2020 - 13:48
"Liverpul"un qapıçısı Alisson Bekker zədəsini sağaldıb.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı qolkiper artıq sıraya dönməyə hazırdır.
Braziliya millisinin üzvü məşqçilər korpusunun verdiyi proqrama əsasən ev şəraitində məşqlərini davam etdirir. Karantin rejimi bitdikdən sonra Alisson da kollektivlə birlikdə məşqlərə qoşula biləcək.
Qeyd edək ki, Alisson Bekker cari mövsüm 25 oyunda iştirak edib.
0
0