“Liverpul”un zədəlisi sağaldı
02.11.2021 - 15:37
“Liverpul”un zədəlisi sağaldı

“Liverpul”un yarımmüdafiəçisi Fabinyo sıraya dönüb.

Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın əsas heyət üzvü artıq kollektivə qoşulub.

Braziliya millisinin oyunçusu dizindən aldığı zədə səbəbindən Premyer Liqa klubunun son 3 matçını buraxmalı olub. Lakin 28 yaşlı oyunçu artıq tamam sağalıb və məşqçilər korpusunun sərəncamındadır. Fabinyonun Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə görüşdə iştirakı gözlənilir.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Liverpul” – “Atletiko” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.