“Makkabi”dən “Priştina”yadək – “Neftçi”ni gözləyir
30.07.2021 - 11:31
“Makkabi”dən “Priştina”yadək – “Neftçi”ni gözləyir

Konfrans Liqasının Çempionlar yolunun pley-off mərhələsinin püşkatmasının səbətləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin də mümkün rəqibləri bəlli olub.

Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-i ilə qarşılaşacaq Bakı klubu daha zəif turnirin püşkatmasına cüt kimi qatılacaq. Bu cüt püşk zamanı səpələnmişlərdən olacaq.

Avropa Liqasının cütləri bu səbətə daxil edilib. Digər səbətdə isə Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparan çempionlar yer alıb.

Avqustun 2-də keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Pley-offun oyunları avqustun 19-da və 26-da baş tutacaq.

Səpələnmişlər - Avropa Liqasının III təsnifat mərhələsinin məğlubları 
“Omoniya” (Kipr) – “Flora” (Estoniya) cütünün məğlubu
“Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva) cütünün məğlubu
“Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan) cütünün məğlubu
“Linkoln” (Cəbəllütariq) – “Slovan” (Slovakiya) cütünün məğlubu
“Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) cütünün məğlubu

Səpələnməmişlər - Konfrans Liqasının III təsnifat mərhələsinin qalibləri
“Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya) cütünün qalibi
“Riqa” (Latviya) – “Hibernians” (Malta) cütünün qalibi
“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi
 

0