“Mançester Siti” rəhbərliyi Erlinq Haland uğrunda mübarizədə “Real”ı qabaqlayacaqlarına inanır.
Apasport.az saytının “sports.ru”ya istinadən məlumatına görə, “şəhərlilər” Dortmund “Borussiya”sının hücumçusu üçün tələb olunan məbləği ödəmək iqtidarındadır.
Halandın 75 milyon avroluq transfer qiyməti ilə yanaşı, maaşı və menecerlərinə ödəməli olan pul var. Anxelino, Ferran Torres və Cek Harrisonun satışından 85 milyon avro qazanc götürən Premyer Liqanın lideri Halandın keçidinə yüksək məbləğdə maliyyə ayırmaqla bağlı problem yaşamır. Rəhbərliyin fikrincə, Pep Qvardiolanın başçılığı altında çıxış etmək və Premyer Liqada çempionluğa oynayan komandada yer almaq norveçli üçün cəlbedicidir.
Qeyd edək ki, 22 yaşlı forvard həmçinin PSJ-nin da maraq dairəsindədir.