“Mançester Siti” istəyir – türkiyəli futbolçunu
03.07.2021 - 12:05
Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, İngiltərə “Lester”inin müdafiəçisi karyerasını Premyer Liqanın digər komandasına davam etdirməyə yaxındır.
“Şəhərlilər” 25 yaşlı futbolçu ilə bağlı “tülkülər”ə rəsmi sorğu göndərib. “Lester” oyunçusunun transferindən 50-60 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Çağlar ötən mövsüm 32 oyunda 1 qol vurub.
0
0