“Mançester Siti” məhkəmədə qalib gələcək” – ingiltərəli futbolçu
18.02.2020 - 13:14
“Mançester Siti” məhkəmədə qalib gələcək” – ingiltərəli futbolçu

İngiltərə millisinin sabiq futbolçusu Qari Nevill UEFA-nın “Mançester Siti”yə tətbiq etdiyi cəza ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” əfsanəsi “şəhərlilər”in cəzasının ləğv ediləcəyini düşünür.

Nevillin fikrincə, İdman Arbitraj Məhkəməsi (CAS) İngiltərə klubunun şikayətini müsbət cavablandıracaq: “Düşünürəm ki, “Mançester Siti” məhkəmədə qalib gələcək. Qərara baxılacaq. Mən UEFA-ya inanmıram və düşünürəm ki, bu, yanlış intizam sanksiyaları tətbiq edən ümidsiz bir qurumdur. Məhkəmənin qərarı gecikəcək, amma sonda “Mançester Siti” qalib gələcək”.

Qeyd edək ki, UEFA “Mançester Siti”ni 2 il müddətinə avrokuboklardan kənarlaşdırıb.