"Mançester Siti" müdafiəçisini "Leypsiq"ə göndərdi
31.01.2020 - 23:16
"Mançester Siti" müdafiəçisini "Leypsiq"ə göndərdi

"Mançester Siti"nin futbolçusu Xose Tasende Almaniyaya köçüb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi mövsümün qalan hissəsini "Leypsiq"in heyətində keçirəcək.

Anxelinyo kimi tanınan sol cinah oyunçusu mövsümün sonuna qədər Bundesliqanın liderinə icarəyə verilib. "Şəhərlilər"in yetirməsi olan Anxelinyo daha çox digər klublarda icarə əsasında çıxış edib.

Qeyd edək ki, Anxelinyonun "Mançester Siti" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

0
Xose Tasende