“Mançester Siti” Premyer Liqada “Mançester Yunayted” üzərində ən çox səfər qələbəsi qazanan komanda olub.
Apasport.az saytının məlumatına görə, bu gün keçirilən XI turun matçında 2:0 hesabı ilə qalib gələn “şəhərlilər” 8-ci dəfə “Old Trafford”da qalib gəlib.
Bu, Premyer Liqa tarixində yeni rekorddur. Bunadək “Mançester Siti” və “Liverpul”un hərəsi 7 dəfə “Mançester Yunayted”in meydanında 3 xal qazanmışdı.
Bu 8 qələbənin yarısı Pep Qvardiolanın baş məşqçiliyi dövrünə təsadüf edir. İspaniyalı 4 dəfə “Old Trafford”da qələbə sevinci yaşayıb.
Hərçənd son 4 çempionat matçında “Mançester Siti” qalib gələ bilməmişdi. 2019-cu ilin aprelindəki qələbədən sonra baş tutan 4 derbidə “Mançester Yunayted” üç dəfə 3, bir dəfə 1 xala sevinmişdi.