“Mançester Siti”nin ispanından əl çəkmir – “Barselona”
26.09.2021 - 15:37
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Ferran Torresə “elçi düşüb”.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu mövsümün sonunda ispaniyalı hücumameyilli oyunçunu vətənə qaytarmaqda maraqlıdır.
“Barsa” rəhbərliyi hətta bu yay keçidə cəhd etsə də, “şəhərlilər” müsbət cavab verməyib. Premyer Liqa təmsilçisi əvəzində hücumçusu Rahim Sterlinqi icarəyə təklif edib. Lakin bunu da ispanlar rədd edib. La Liqa klubu gələn yay Torres üçün yenidən qarşı tərəfə təklif göndərəcək.
Qeyd edək ki, Ferran Torres “Mançester Siti”yə ötən il “Valensiya”dan keçib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0