“Mançester Siti”nin məşqçisi Çin klubunda
04.01.2020 - 12:39
Niderland millisinin sabiq futbolçusu Covanni van Bronkhorstun yeni iş yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, o, Çinin “Quançjou Fuli” klubunun baş məşqçisi təyin olunub.
Ötən ilin sentyabrından İngiltərənin “Mançester Siti” klubunun məşqçilər korpusunda yer alan 45 yaşlı mütəxəssis bundan sonra Asiya təmsilçisinə rəhbərlik edəcək. O, bunadək 2015-19-cu illərdə vətənində “Feyenoord”un baş məşqçisi olub.
Qeyd edək ki, “Quançjou Fuli” ötən il Çin Superliqasında 12-ci yeri tutub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0