“Mançester Siti”nin müdafiəçisi “Atletiko” ilə oyunu buraxacaq
02.04.2022 - 14:24
“Mançester Siti”nin müdafiəçisi “Atletiko” ilə oyunu buraxacaq

“Mançester Siti”nin müdafiəçisi Ruben Diaşın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” daha bir neçə oyunda Portuqaliya millisinin üzvünün xidmətindən məhrum qalacaq.

Buna səbəb ulduz futbolçunun bərpa dönəminin ləng getməsidir. Zədəsini hələ də sağaltmayan 25 yaşlı mərkəz müdafiəçisinin Premyer Liqada bu gün “Bernli” ilə keçiriləcək səfər matçını, eyni zamanda Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko” ilə ilk görüşü buraxacağı açıqlanıb.

Qeyd edək ki, “Mançester Siti” – “Atletiko” görüşü aprelin 5-də baş tutacaq.