“Mançester Siti”nin sabiq futbolçusu Fransa klubunda
21.01.2022 - 14:52
“Mançester Siti”nin sabiq futbolçusu Fransa klubunda

İngiltərə “Mançester Siti”sinin sabiq futbolçusu Elyakim Manqala özünə klub tapıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını Fransada davam etdirəcək.

O, “Sent-Etyenn”lə müqavilə imzalayıb. 31 yaşlı futbolçu ötən yay “Valensiya”dan ayrıldıqdan sonra heç bir klubda oynamayıb.

Qeyd edək ki, Manqala “Mançester Siti” və “Valensiya”dan başqa “Standard” və “Porto”da da oynayıb.