“Mançester Yunayted” Fillipslə bağlı danışıqlara başladı
08.04.2022 - 23:29
“Mançester Yunayted” Fillipslə bağlı danışıqlara başladı

“Mançester Yunayted” Kelvin Fillipsi transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “Lids”in yarımmüdafiəçisi mançesterlilər üçün yay transfer pəncərəsində prioritet sayılır.

26 yaşlı ingiltərəlinin keçidi ilə bağlı danışıqlara start verilib. “Mançester Yunayted” həm də “Vest Hem”in oyunçusu Deklan Raysı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Dortmund “Borussiya”sının üzvü Cud Bellinqem də mançesterlilərin transfer siyahısındadır.