"Mançester Yunayted" istədiyini aldı - 80 milyon qarşılığında
29.01.2020 - 01:02
"Mançester Yunayted" istədiyini aldı - 80 milyon qarşılığında

"Mançester Yunayted" "Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeşin transferini, nəhayət ki, yekunlaşdırıb.

Apasport.az saytının məlumatına görə, klublar arasında bir neçə aydır davam edən danışıqlar müsbət nəticələnib.

Razılığa əsasən, 25 yaşlı orta sahə oyunçunun transferinə görə, "qırmızı şeytanlar" 55 milyon avro ödəyəcəklər. Futbolçunun Premyer Liqadakı performansına görə, bonuslarla birlikdə bu məbləğ 80 milyon avroya qədər yüksələ bilər. Lissabonlular eyni zamanda onun növbəti transferi zamanı məbləğin 10%-nə sahib olacaqlar.

Portuqaliya millisinin üzvünün yeni komandasında həftəlik məvacibi 130 min funt-sterlinq təşkil edəcək. Fernandes tibbi müayinədən keçmək üçün sabah Mançesterə yollanacaq.