“Mançester Yunayted” müdafiəçisinə qiymət qoydu
18.01.2022 - 00:00
“Mançester Yunayted” futbolçusu Fil Consun transfer qiymətini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 29 yaşlı müdafiəçisi üçün 18 milyon avro istəyir.
Consun xidmətində “Nyukasl” və “Bernli” maraqlıdır. Son 2 ildə cəmi 2 rəsmi matça çıxan futbolçu baş məşqçi Ralf Ranqnikin planlarına daxil deyil. Amma mançesterlilər zədə üzündən uzun müddət meydana çıxmayan futbolçusunu ucuz qiymətə də satmaq fikrindən uzaqdır.
Qeyd edək ki, 2011-ci ildən “Mançester Yunayted”də çıxış edən Consun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
0
0