“Mançester Yunayted” qara zolaqda
09.04.2022 - 19:21
“Mançester Yunayted” qara zolaqda

“Mançester Yunayted” Premyer Liqanın XXXII turunda “Everton”un qonağı olub.

Apasport.az saytının məlumatına görə, Ralf Ranqnikin yetirmələri turnir cədvəlində 17-ci yerdə qərarlaşan rəqibinə də uduzub.

0:1 hesablı məğlubiyyətlə Mançester təmsilçisinin qələbə həsrəti 3 oyuna çatıb. Çempionlar Liqasında “Atletiko”ya 0:1 hesabı ilə uduzan komanda ardınca “Lester”lə heç-heçə edib – 1:1.

Qeyd edək ki, “Mançester Yunayted” 31 oyundan sonra 51 xalla turnir cədvəlində 7-ci yerdədir.