“Mançester Yunayted”də nigeriyalı hücumçu
01.02.2020 - 10:10
“Mançester Yunayted”də nigeriyalı hücumçu

İngiltərənin “Mançester Yunayted” klubu heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi nigeriyalı Odion İqalonu icarəyə götürüb.

30 yaşlı hücumçu müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsusdur. O, cari mövsümün sonunadək Mançester təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, İqalo ötən mövsüm 19 oyunda 10 qol vurub.