“Mançester Yunayted”də yeni namizəd: Ranqniki adaşı əvəzləyəcək?
07.03.2022 - 00:00
“Mançester Yunayted”də yeni namizəd: Ranqniki adaşı əvəzləyəcək?

“Mançester Yunayted”in baş məşqçisi postuna daha bir namizədin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, müvəqqəti Ralf Ranqnikə tapşırılan İngiltərə klubu yeni mövsüm üçün çalışdırıcı axtarışını davam etdirir.

Mançesterlilər “Sauthempton”a rəhbərlik edən Ralf Hazenhyuttlu bu postda görmək istəyir. 54 yaşlı mütəxəssis 2004-cü ildən çalışdırıcı fəaliyyətinə başlayıb.

Qeyd edək ki, “Mançester Yunayted”in namizədlər siyahısında “Ayaks”ın baş məşqçisi Erik Ten Haq və PSJ-dən gedəcəyi gözlənilən Maurisio Poçettino da var.