"Mançester Yunayted"i “İnter”ə dəyişdi
17.01.2020 - 11:44
"Mançester Yunayted"in futbolçusu Eşli Yanq karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı cinah müdafiəçisi bundan sonra "İnter"in formasını geyinəcək.
Klublar arasındakı razılığa əsasən keçid İngiltərə təmsilçisinə 1,5 milyon funt-sterlinq qazandıracaq. İngiltərə millisinin üzvü isə yeni komandası ilə il yarımlıq müqavilə imzalayacaq. Hazırda "neradzurra"da tibbi müayinədən keçən Yanq gələn mövsüm üçün 3 milyon avro maaş əldə edəcək.
Qeyd edək ki, Eşli Yanq "Mançester Yunayted"ə 2011-ci ildə "Aston Villa"dan keçib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0