"Mançester Yunayted"in müdafiəçisi Kris Smollinqin "Roma"ya transferi baş tutmaya bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə klubunun qarşı tərəfdən tələbidir.
"Qırmızı şeytanlar" hazırda icarə əsasında "Roma"da çıxış edən İngiltərə millisinin üzvünün birdəfəlik transferi üçün 29 milyon avro qazanc götürmək niyyətindədir. Lakin "canavarlar" bu məbləğin çox olduğu qənaətindədirlər. Əgər Premyer Liqa klubu pulda endirimə getməsə, o zaman transfer reallaşmayacaq və 31 yaşlı mərkəz müdafiəçisi yayda Mançesterə qayıdacaq.
Qeyd edək ki, Kris Smollinqin "Mançester Yunayted"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.