Səudiyyə Ərəbistanının dövlət fondu tərəfindən səhmləri alınan “Nyukasl” gələn mövsümdən Avropa nəhənginə çevrilmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu vaxt itirmədən transfer çalışmalarına başlayıb.
“Sağsağanlar” “Mançester Yunayted”in 4 futbolçusuna “elçi düşüb”. Bunlar müdafiəçi Erik Bayli, yarımmüdafiəçilər Donni van de Beek, Cessi Linqard və hücumçu Antoni Marsyaldır. Yeni rəhbərlik artıq qış fasiləsində siyahıdakı oyunçulardan bir neçəsini heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı fondu “Nyukasl”ı 300 milyon funt-sterlinqə alıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər