“Mançester Yunayted” “Aston Villa”nın yarımmüdafiəçisi Con Makqini transfer etməkdə maraqlıdır.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” yay transfer dönəmində Şotlandiya millisinin üzvü üçün təklif göndərməyi planlaşdırır.
28 yaşlı orta sahə oyunçusu “mankunianlar”ın texniki direktoru Darren Fletçer tərəfindən yüksək qiymətləndirilir. “Mançester Yunayted” artıq uzun müddətdir Makqinlə maraqlanır. Hətta futbolçu mövsümün əvvəlində də gündəmdə idi. Lakin həmin vaxt prioritet başqa oyunçular olub.
Qeyd edək ki, “Aston Villa” müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Con Makqini 40 milyon funt-sterlinqə satmaq niyyətindədir.