“Mançester Yunayted”in baş məşqçisi onu istəyir
06.04.2022 - 00:26
“Mançester Yunayted”in baş məşqçisi onu istəyir

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnikin transfer istəyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “Leypsiq”dən Konrad Laymerin alınmasını istəyir.

O, klub rəhbərliyinə yarımmüdafiəçi almaqla bağlı məsləhət verməyi lazım bilib. Ranqnik 24 yaşlı futbolçunun keçidinin yayda reallaşmasını istəyir.

Laymerin “Leypsiq”lə müqaviləsi 2023-cü ildə başa çatacaq. Bundesliqa təmsilçisi ona anlaşmanı uzatmaq təklifi etməyib.

Qeyd edək ki, Laymer mövsümün 20 matçında 4 qol vurub.